“Qalatasaray”ın ev oyunlarını keçirdiyi “NEF Stadionu” Ginnesin Rekordlar Kitabına düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
İdman obyekti günəş enerjisi ilə işləyən ən güclü arena seçilib.
Qeyd edək ki, 2011-ci il yanvarın 11-də istifadəyə verilən “NEF Stadionu” 53 000 azarkeş tutumuna malikdir. Arenanın inşası 128 000 000 avroya başa gəlib.
Follow @7timesaz