Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
7Times.az xəbər verir ki, iclas 4 saata yaxın davam edib.
İclasda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün atılan addımlar və bu çərçivədə Cənubi Qafqazda baş verən proseslər nəzərdən keçirilib.
Həmçinin Rusiya ilə Ukrayna arasında davam edən müharibə, Türkiyənin Moskva və Kiyev arasında vasitəçiliyi və regionla bağlı humanitar dəstəyi barədə də fikir mübadiləsi aparılıb.
FETO, PKK, İŞİD başda olmaqla, terror qruplaşmalarına qarşı mübarizə ilə bağlı da müzakirələr olub.
Follow @7timesaz