Rusiya UEFA və FİFA tərəfindən bütün yarışlardan uzaqlaşdırılmasına baxmayaraq, AVRO-2028-ə ev sahibliyi etmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, Rusiya Böyük Britaniya, Şimali İrlandiya, Uels, İsveçrə, İrlandiya respublikasının və Türkiyənin ardından mötəbər yarışa ev sahibliyi üçün namizədliyini irəli sürüb.
Adıçəkilən ölkə və komandalarının yarışlarda iştirakına qadağalar qoyulsa da, Rusiyanın Avro-2028 və AVRO-2032-yə görə müraciət etməsinin qarşısını alacaq bir qərar verilməyib.
Bildirək ki, Avro-2028-ə ev sahibliyi edəcək ölkənin adı aprelin 5-də açıqlanacaq.
Follow @7timesaz