Avropa qazın pulunu rublla ödəməkdən imtina edir.
7Times.az xəbər verir ki, bunu Sloveniyanın baş naziri Janez Yanşa bildirib. Eyni zamanda, digər Avropa dövlətlərinin liderləri qeyd edirlər ki, hazırda müqavilələrdə valyuta göstərilir və onlara yenidən baxılarsa, qiymətlər də dəyişdirilə bilər.
Sloveniya Nazirlər Kabinetinin rəhbəri Brüsseldə keçirilən Aİ liderlərinin sammitindən əvvəl deyib: “…Heç kim rublla ödəməyəcək”.
Follow @7timesaz
Almaniya kansleri Olaf Şolz da öz növbəsində bildirib ki, ödənişlərin hansı valyutada həyata keçirilməli olduğu artıq müqavilələrdə müəyyən edilib. İtaliyanın baş naziri Mario Draqi qeyd edib ki, o, hesablaşmaların rublla köçürülməsini müqavilələrin pozulması hesab edir.
Martın 24-də Polşanın PGNIG neft-qaz konserninin idarə heyətinin sədri Pavel Mayevski də ödənişləri rubla çevirmək imkanının olmadığını açıqlamışdı.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir gün əvvəl, Avropaya qaz tədarükünə dair müqavilələrin rublla ödənilməsi ilə bağlı qərar qəbul edib./Unikal/