Aktual

Gürcüstan pandemiyanın sonuna çatır – Səhiyyə naziri

Gürcüstan pandemiyanın sonuna çatır – Səhiyyə naziribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gürcüstan koronavirus pandemiyasının sonuna yaxınlaşır. Ölkədə COVID-19-a yoluxmuş şəxslərin xəstəxanaya yerləşdirilməsi və gündəlik yoluxma halları əhəmiyyətli dərəcədə azalıb.
 
Medicina.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili söyləyib.
Onun sözlərinə görə, xəstəxanalarda müalicə olunan koronavirus xəstələrinin sayı 800-dən azdır. Ölüm hallarında da xeyli azalma var. Son günlərdə ölüm faktları 8-10 arasında dəyişib ki, bu da son bir il ərzində ən aşağı göstəricidir
Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 643 295-ə, ölənlərin sayı isə 16 678-ə yüksəlib.