“Kalininqrad vilayəti 1945-ci ildən Rusiyanın işğalı altındadır”.
Yeniavaz.com xəbər verir ki, bunu Polşanın quru qoşunlarının keçmiş komandanı general Valdemar Skşıpçak deyib.
“İndi bunu xatırlamağa dəyərdi. Fikrimcə, Polşa ərazisinin bir hissəsi olan Kalininqrad vilayətini xatırlatmağa dəyər. Bizim Rusiyanın işğal etdiyi bu əraziyə iddia etmək hüququmuz var”, – o bildirib.