Aktual

Müharibə artıq bu ölkəyə sıçrayır

Müharibə artıq bu ölkəyə sıçrayırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna üzərində davam edən Rusiya-ABŞ savaşı dərinləşərək, artıq Avropanın cənub-şərq hissəsinə – Balkanlara da sıçramaq üzrədir. Rusiyanın keçmiş Yuqoslaviya ərazisində yeganə müttəfiqi kimi qalmış və aprelin 3-də seçkilərə hazırlaşan Serbiyanın Prezidenti Aleksandr Vuçiç Kosova hakimiyyətinin serblərə qarşı hücuma hazırlaşdığını deyib.

Axar.az xəbər verir ki, bu barədə fikirlərini bölüşən politoloq Elxan Şükürlü NATO sammitindən və alyansın hərbi qüvvələrinin Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyada sayının artırılması qərarından dərhal sonra belə bir açıqlamanın verilməsini təsadüfi saymayıb:

“Deməli, Serbiya artıq NATO-Rusiya toqquşmasının yeni cəbhəsinə çevrilə bilər.

Xatırladaq ki, Kosova 2008-ci ildə Serbiyadan ayrılaraq öz müstəqilliyini elan edib və dərhal da ABŞ tərəfindən tanınıb, ərazisində isə ABŞ-ın hərbi bazası yerləşdirilib.

Serbiya Prezidenti Vuçiç bir neçə gün əvvəl bəyan etmişdi ki, onun ölkəsi NATO-ya üzv olmayacaq”.