İstanbul boğazında ikinci mina tapılıb.
7Times.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Daha əvvəl Türkiyənin “Star” qəzeti yazıb ki, Boğazın girişində minaya bənzər obyekt müşahidə olunub.
Follow @7timesaz
Daha sonra Türkiyə Müdafiə Nazirliyi tapılan obyektin mina olduğunu təsdiqləyərək, bu məsələ ilə bağlı Moskva və Kiyevlə danışıqlar apardığını açıqlayıb.
Boğaz gəmilərin hərəkəti üçün bir müddət bağlansa da hərəkət daha sonra bərpa edilib.