Ölkə

Avtoxuliqanların gecə şousu – ANBAAN VİDEO

Avtoxuliqanların gecə şousu – ANBAAN VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda iki avtomobilin yarışmasının görüntüləri anbaan kameraya düşüb.

7Times.az  xəbər verir ki, martın 25-də paytaxtın Neftçilər prospektində yarışa çıxan VAZ-2106 və VAZ-2114 markalı avtomobillərin sürücüləri avtoxuliqanlıq hərəkətləri edib.
Belə ki, prospekt boyunca yüksək sürətlə yarışan sürücülər Dəniz Vağzalının qarşısında avtomobillərin arasında şou göstərməyə çalışıblar.

Lakin onların qarşısına qəfildən maneə çıxıb. VAZ-2106 markalı avtomobilin sürücüsü maneədən yayınıb qaça bilsə də, digər sürücü idarəetməni itirərək avtomobili 180 dərəcə fırladıb.

Xoşbəxtlikdən hadisə faciəsiz nəticələnib. Yaxınlıqdakı yol polisi əməkdaşları dərhal VAZ-2114 markalı avtomobilin qarşısını kəsərək sürücünü sükan arxasından kənarlaşdırıblar.
Sözügedən görüntüləri təqdim edirik: