Amerikalı rejissor və aktyor Şon Penn “Oskar” mərasimində Ukrayna prezidenti Volodimir Zelenskiyə çıxış etmək imkanı verilməsi istəyi ilə ABŞ Kino Sənəti Akademiyasına müraciət edib.
Əks halda, o, mərasimi boykot edəcəyi ilə hədələyib. Penn digər həmkarlarını da bu istiqamətdə təşviq edib. Məşhur sənətkar, həmçinin 2008-ci ildə “Süd” filmindəki roluna görə aldığı heykəlcikdən də qurtulacağına söz verib.
O, qeyd edib ki, Zelenskinin dünyaya deyəcək sözü var.
Şon Pen Ukrayna prezidentinin vaxtilə aktyor və rejissor olduğunu da xatırladıb.
Qeyd edək ki, bir müddət əvvəl builki “Oskar” mərasiminin aparıcısı olacaq amerikalı komediya aktyoru Emmi Şumer də Zelenskini mükafatlandırma mərasimində iştirak etməyə dəvət edib.
Follow @7timesaz