Türkiyə və digər ölkələr Ukraynada vəziyyətin nizamlanması üçün Rusiya ilə dialoqu davam etdirməlidir.
7Times.az xəbər verir ki, bunu Dohada keçirilən beynəlxalq forumda çıxışı zamanı Türkiyə Prezidentinin mətbaut katibi İbrahim Kalın deyib. O bildirib ki, Rusiyanın arqumenti bu və ya digər şəkildə eşidilməlidir:
“Hamı Rusiya ilə əlaqələri kəssə, axırda kim onlarla danışacaq? Ukraynalılar hər cür dəstəyi almalıdırlar ki, özlərini qoruya bilsinlər. Amma Rusiyanın arqumenti bu və ya digər şəkildə eşidilməlidir.
Türkiyə olaraq sülh üçün əlimizdən gələni edirik. Bizim Prezident həm Zelenski ilə, həm də Putinlə iki-üç dəfə danışıb. O, yaxın günlərdə yenidən Putinlə danışacaq”.