Ukraynanın “Krivbas” klubunun sabiq futbolçusu Volodimir Kolesnik Rusiya ilə müharibədə həlak olub.
Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, Avdeyevkadakı döyüşlərdə ağır yaralanıb.
Kolesnik Dneprdəki xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Follow @7timesaz
Qeyd edək ki, Volodimir Kolesnik bir dəfə “Krivbas”da əsas komanda ilə məşqlərə qatılıb. Əsasən Ukraynanın həvəskar klublarında çıxış edən futbolçu veteran komandanın da şərəfini qoruyub.
Daha əvvəl “Qostomel” klubundan Dmitri Martinenko, “Karpati” (Lvov) komandasından Vitali Sapilo və “Sluç” klubunun futbolçusu Boqdan Semençuk müharibədə həlak olub.