Aktual

Gürcüstanda küçədə maska taxmaq tələbi ləğv olundu

Gürcüstanda küçədə maska taxmaq tələbi ləğv olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda bu gündən etibarən küçədə məcburi maska taxmaq qaydası ləğv olunub.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkə rəhbərliyi bununla bağlı müvafiq qərar verib.

Bununla belə, qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda maska taxmaq hələ də məcburi olaraq qalır.

Qeyd edək ki, Gürcüstanda fevral ayının ortalarından etibarən epidemioloji vəziyyət yaxşılaşmağa başlayıb. Ölkədə son sutkada 229 yeni yoluxma halı qeydə alınıb, bununla da, Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 1 646 545-ə çatıb. Bununla yanaşı, son 24 saat ərzində ölkədə 12 nəfər dünyasını dəyişib. Ümumilikdə isə Gürcüstanda pandemiya ərzində 16 720 nəfər ölüb.