Aktual

FİFA Rusiyanı Ukrayna müharibəsinə görə sərt cəzalandırmağı planlaşdırıb…

FİFA Rusiyanı Ukrayna müharibəsinə görə sərt cəzalandırmağı planlaşdırıb…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Futbol Federasiyası (FİFA) Ru

Martın əvvəlində təsdiq edildiyi kimi, komandalar yarışlardan kənarlaşdırıldıqdan sonra Rusiya Federasiyasının bu təşkilatda üzvlüyü dayandırılacaq və ya Rusiya Futbol Klubu federasiyanın tərkibindən tamamilə kənar ediləcək.
Moderator.az xəbər verir ki, bu məlumatı “Matç TV” telekanalı yayıb.
Bu iki cəza arasında fərq cəza müddəti bitəndən sonra bərpa olunma prosedurunun daha mürəkkəb olmasındadır.
Bu zaman hər iki halda Rusiya komandalarının beynəlxalq oyunlarda iştirakına və transferlərə (oyunçuların “satılması” və “alınması”) qadağalar qüvvədə olacaq.
Daha sərt varianta-  Rusiyanın təşkilatdan xaric edilməsinə Avropanın Futbol İttifaqı (UEFA) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) tərəfdardır.
FİFA- nın prezidenti Cani İnfantino, habelə Asiya və Afrika assosiasiyaları Rusiya Federasiyasının üzvlüyündən kənarlaşdırılmasına meyil edir.
Rusiyanın məsələsi barədə son qərar FİFA- nın martın 31- də keçiriləcək konqresində veriləcək.
Ertəsi gün Dohada 2022- ci ilin Dünya Çempionatının final mərhələsi barədə püşkatma mərasimi keçiriləcək, pley- off seçimindən rusiyalılar artıq kənarlaşdırılıb.

siyanı Ukraynaya hərbi müdaxilə etdiyinə görə sərt cəzalandırmaq əzmindədir.