“ABŞ Putinin Ukraynaya qarşı nüvə silahı tətbiq edəcəyi təqdirdə 15 dəqiqədən sonra Kremli bombalayacaq”
“ABŞ- da bəyan edilib ki, Putinin nüvə silahı tətbiq edəcəyi halda Kremlə zərbə endiriləcək”.
Moderator.az xəbər verir ki, bunu “QORDON” internet- nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində keçmiş DTK kəşfiyyatçısı, Rusiya prezidenti Putinin tələbə yoldaşı Yuri Şvets bəyan edib.
ABŞ- da həmçinin hesab edirlər ki, Ukraynaya qarşı kimyəvi silahın işlədilməsi NATO- ya hücum kimi dəyərləndiriləcək, – Şvets deyib. – O, hesab edir ki, əgər Co Bayden administrasiyası “vaxtında belə birmənalı bəyanatla” Ukraynaya hücum barəsində çıxış etsəydi, “ola bilsin ki, vəziyyət bugünkü kimi faciəli olmayacaqdı”.
“Kimyəvi silah barəsində mesaj tamamilə aydın olub. “Əgər siz onu Ukraynaya qarşı tətbiq etsəniz, külək əsəndə kimyəvi silah Polşa ərazisinə düşərsə, biz hesab edəcəyik ki, onu NATO- ya qarşı tətbiq etmisiniz, o zaman hər şey bitəcək”.
Mən hərbi və siyasi işlərə aidiyyəti olan adamlarla söhbət edirəm. Mən onlardan soruşuram: necə düşünürsünüz, Putin Ukraynada taktiki nüvə silahından istifadə edərsə, nə baş verə bilər? Onlar deyirlər: “Biz onu bombalayacağıq, sadəcə, bomba atəşlərinə məruz qoyacağıq”. Bax, cavab belə birmənalı olub”, – Şvets əlavə edib.
Jurnalist sual edib ki, Rusiyanın nüvə silahı tətbiq edəcəyi təqdirdə “Kremlə zərbə” hansı müddətdən sonra endirilə bilər?”
“Burada bir sirr var və bunu, yəqin ki, Pentaqonda, ola bilsin, Ağ evdə bir- iki nəfər bilir. Hər şey Amerikanın nüvə başlıqları olan sualtı gəmilərinin Kremldən nə qədər məsafədə olmasından asılıdır. Onlar isə artıq yaxınlıqdadır. Mən bunu tam dəqiqliklə deyirəm.
Birincisi, vaxtilə Reyqan tərəfindən yerləşdirilən və 1987- ci ildə orta mənzilli raketlərin ləğv edilməsi barədə qarşılıqlı razılaşmaya görə götürülən qanadlı raketlər var. Son bir- iki il ərzində onlar modernləşdirilib, bu, indi tamamilə yeni raketlərdir. Və onlar dəniz piyadalarının sərəncamındadır. Əvvəllər heç vaxt bu raketlər dəniz piyadalarının sərəncamında olmayıb. Dəniz piyadaları nə deməkdir? Bu, çevik yerəşdirilmə qüvvələridir. Yəni, kobud desək, dəniz piyadalarının bu bölməsi bir saat ərzində, məsələn, Avropanın istənilən nöqtəsində ola bilər və bu raketləri ata bilər. Konkret sualınıza cavab olaraq, bu, 15 dəqiqəyə baş verə bilər. Əgər özlərini ağıllı hesab edənlər onların harada olduğunun bəlli olmadığını düşünürlərsə, dərindən yanılır”, – Şvets deyib.
Jurnalistin Rusiyanın Ukrayna ərazisində guya bioloji silahın olması barəsində saxta məlumatları haqqında suala Şvets belə cavab verib: “Bu, DTK- nın Sovet İttifaqı dönəmində Qərbi qörxutmaq üçün fəal surətdə istifadə etdiyi ən köhnə üsullardandır”.
“Mesaj sadədir: Kremldə heç də adekvat olmayan adamlar əyləşib, onlar düşünür ki, kəskin vəziyyət yarananda, onlarla danışığa getmək daha yaxşıdır, qoy bir az sakitləşsinlər, əks halda nüvə müharibəsi olacaq. Bu zaman Kreml sakinləri bu nüvə silahından ölümdən də çox qorxur, təlaş keçirirdilər”, – ekspert izah edib.
Onun sözlərinə görə, hazırda söhbət məhz belə “fəal hərəkətlərdən” gedir.
“Amma əgər müharibə gedirsə, daha pis variantı düşünməli və planlaşdırmalısan. Daha pis variant isə…Tutaq ki, beynində bu ideya var. Amerikalılar artıq deyiblər ki, Putinin Ukraynaya qarşı kimyəvi silahdan istifadə edəcəyi təqdirdə bu, NATO- ya qarşı hücum kimi dəyərləndiriləcək və 5- ci maddə işə düşəcək. Düşünürəm ki, bu, isti başları soyutmalıdır”, – Şvets qeyd edib.
Follow @7timesaz