ABŞ-ın Corciya ştatında adı bir çox cinayətlərdə hallanan polis məmuru Larri Benjamin Tompson vəzifə başında əxlaqsızlıq etdiyi üçün işdən qovulub.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, gizli görüntüləri internetə sızmasından sonra Larri Benjamin Tompson istefa verib.
Maraqlıdır ki, o əvvəllər polisə sataşmaq, təqaüdçü şəxsi maşını ilə vurmaq, səhvən bir məmuru qolundan vurmaq qalmaqalları ilə gündəmə gəlib. Qrafti Kol adlı şəxs onun biabırçı videosunu internetə yerləşdirib. Görüntü milyonlarla insan tərəfindən izlənilib.