Dünya

Putinin bu qərarı Avropada ÇAXNAŞMA YARATDI – Artıq iki ölkə erkən xəbərdarlıq elan etdi

Putinin bu qərarı Avropada ÇAXNAŞMA YARATDI – Artıq iki ölkə erkən xəbərdarlıq elan etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin təxminən bir həftə əvvəl “Biz qeyri-dost ölkələrə təbii qaz satışına görə ödənişlərdə rus rubluna keçməyi planlaşdırırıq” açıqlaması və ardınca Kremlin sözçüsü Dmitri Peskovun, “Avropa İttifaqı mavi yanacağın qiymətini rublla ödəməkdən imtina edərsə, Rusiya qazı verməyəcək”, çıxışı Avropa ölkələrində çaxnaşma yaradıb.

Sfera.az bildirir ki, qaz ehtiyatları getdikcə azalan Almaniyadan sonra indi də Yunanıstan panikadadır. Belə ki, İqtisadiyyat və İqlim Dəyişikliyi naziri Robert Habek Rusiyanın sözügedən istəklərinə diqqət çəkərək, bu vəziyyətə hazır olmaq üçün “erkən xəbərdarlıq” elan etdiklərini deyib.
Qurum rəsmisi xəbərdarlığın üç mərhələli sistemdən ibarət olduğunu və nazirlik daxilində monitorinq qrupunun yaradılaraq təbii qazla bağlı durumu gücləndirəcəklərini açıqlayıb:
“Bu mərhələ mümkün təchizat çatışmazlığı zamanı hakimiyyət orqanları ilə qaz təchizatçıları arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Yalnız xəbərdarlıq səviyyələrinin üçüncü mərhələsində hökumət sənayeyə məhdudiyyətlər qoya bilər”.
Bu qərarın yalnız ehtiyat məqsədi daşıdığını və təbii qaz çənlərinin 25 faizinin hazırda dolu olduğunu bildirən Habek, müəssisə və istehlakçıları qaz və enerjiyə qənaət etməyə çağırıb.
Digər tərəfdən, Yunanıstanın Energetika Nazirliyi Rusiyanın verdiyi son tarixdən əvvəl enerji tənzimləmə qurumu, təbii qaz nəql operatoru və ən böyük təbii qaz tədarükçüləri ilə təcili toplantı keçirəcəyini deyib.
Xatırladaq ki, Rusiya lideri Putinin dünən Almaniya kansleri Olaf Şolz və İtaliyanın baş naziri Mario Draqi ilə telefon danışığı zamanı Rusiyanın təbii qaz ticarətində rubl ödəmə sisteminə keçmə qərarının təfərrüatlarını çatdırıb. O, həmçinin İstanbulda aparılan danışıqlar barədə də liderləri məlumatlandırıb.