Dünya

İnfantino: “Rusiyanı FİFA-dan kənarlaşdırmaq asan deyildi”

İnfantino: “Rusiyanı FİFA-dan kənarlaşdırmaq asan deyildi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino qurumun Rusiya komandalarına qarşı niyə sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, “Ria Novosti” İnfantinonun dediklərini belə çatdırıb:

“Mən yalnız liderləri dialoqa və münaqişənin deeskalasiyasına çağıra bilərəm. Rusiya millisinin (DÇ-2022-nin seçmə mərhələsindən) və Rusiya klublarının (Avropa yarışlarından) kənarlaşdırılması asan qərar deyildi. Bu, futbolu sevən insanlara təsir etdi. Ancaq bizim üçün bu, sülhü yaxınlaşdırmaq üçün bir yol idi ”

Xatırladaq ki, daha əvvəl UEFA və FİFA Rusiya klub və komandalarının beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılması ilə bağlı birgə qərar qəbul etmişdi. Futbol təşkilatlarının Rusiya nümayəndələrini böyük turnirlərdən kənarlaşdırmaq qərarı Rusiya Federasiyasının Ukraynada müharibəyə başlaması ilə bağlıdır.