Rusiyanın “Matç TV” telekanalının aparıcısı Anton Anisimov futbol üzrə Dünya çempionatında Polşa millisinə uğursuzluq arzu edib.
“Kanalın deyil, öz adımdan demək istəyirəm ki, Polşa millisinə, o cümlədən Robert Levandovskiyə 2022-ci il Dünya çempionatında ən böyük uğursuzluğu arzu edirəm. Uşaqlar, siz iyrənc məxluqlarsınız”, – deyə o söyləyib.
Qeyd edək ki, Ukraynada başlanan müharibə səbəbilə Polşa millisi Rusiyaya qarşı keçirməli olduğu dünya çempionatının pley-off oyunundan imtina etmişdi.
Polşa ilə qarşılaşmalı olan Rusiya millisi Ukraynadakı müharibəyə görə FIFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırıldığı üçün Polşa millisi avtomatik olaraq növbəti mərhələyə vəsiqə qazanmışdı.
Follow @7timesaz