Hollivud ulduzu Cim Kerri aktyorluq karyerasını bitirmək üzrə olduğunu açıqlayıb.
Axşam.az xəbər verir ki, o, bu barədə “Access Hollywood”a açıqlamasında bildirib. Aktyor təqaüdə çıxacağını və sakit həyat sürəcəyini vurğulayıb:
“Karyeramı davam etdirə bilərdim. Amma sakit həyatımı çox sevirəm. Kətan üzərində rəsm çəkməyi, mənəvi həyatımı sevirəm. Bunu hiss edirəm, başqa bir ulduzdan heç vaxt eşitmədiyiniz bir şeydir – məndən bu qədər”.
C.Kerri əlavə edib ki, rolu yalnız möhtəşəm bir layihə olduğu halda qəbul edəcək:
“Görsəm ki, qızıl mürəkkəblə yazılmış ssenaridir və insanların bunu izləməsi çox vacibdir, o zaman bəlkə qayıdaram”.
Xatırldaq ki, aktyorun son rol aldığı filmi “Sonic Movie 2” aprelin 8-də təqdim olunacaq.
Qeyd edək ki, bundan əvvəl aktyor Brüs Uillis də səhhətində yaranan problemlərə görə karyerasını bitirdiyini açıqlayıb.
Follow @7timesaz