Almaniya Rusiya xüsusi xidmət orqanlarına işləməkdə şübhəli bilinən Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarını ölkədən çıxarmaq niyyətindədir.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı “Bild” qəzeti yayıb.
Nəşrin məlumatına görə, bu barədə qərar artıq bu həftə ərzində veriləcək.
Bildirilir ki, Almaniya kansleri Olaf Şolts bu məsələnin araşdırılmasına dair göstəriş verib. Nəticədə 100-ə yaxın rusiyalı diplomat ölkədən çıxarıla bilər.
Nəşr daha əvvəl yaydığı məlumatda qeyd edib ki, Almaniyada Rusiya kəşfiyyatına işləyən 2000-dən çox insan var.
Follow @7timesaz