Aktual

Moldovada Ukraynaya görə matəm elan edildi

Moldovada Ukraynaya görə matəm elan edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 4-də Ukraynada həlak olan dinc sakinlərin xatirəsinə Moldovada matəm günü elan edilib.

7Times.az xəbər verir ki, bu barədə ölkə prezidenti Maya Sandu özünün “Twitter” hesabında məlumat yayıb.

Sandu bildirib ki, Moldova Ukraynanın Buça şəhərində dinc əhalinin ölümünü pisləyir. Prezident hadisəni “insanlığa qarşı cinayət” adlandırıb.

“2022-ci il aprelin 4-ü Ukraynada son 39 gün ərzində həlak olan bütün günahsız insanların xatirəsinə ümummilli matəm günü elan edirəm”, – deyə Sandu qeyd edib.