Dünya

Almaniya “xeyli sayda” rus diplomatını persona non qrata elan edib…

Almaniya “xeyli sayda” rus diplomatını persona non qrata elan edib…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Reuters agentliyi Almaniyanın xarici işlər naziri Annalen Burboka istinadən bildirib ki, Almaniya bazar ertəsi Rusiya səfirliyinin “əhəmiyyətli sayda” əməkdaşını arzuolunmaz şəxs elan etmək qərarına gəlib və Berlin Ukrayna silahlı qüvvələrinə dəstəyi artıracaq.
“Buçadan olan görüntülər Rusiya rəhbərliyinin və onun təbliğatını izləyənlərin inanılmaz qəddarlığını göstərir”, – deyə Burbok açıqlamasında bildirib. “Buna görə də Federal Hökumət bu gün Almaniyada hər gün burada, azadlığımıza, cəmiyyətimizin birliyinə qarşı işləyən Rusiya səfirliyinin xeyli sayda əməkdaşını arzuolunmaz elan etmək qərarına gəlib”.
Xarici İşlər Nazirliyinin Almaniyada akkreditə olunmuş 104 rus diplomatı var.
“Biz tərəfdaşlarımızla birlikdə əlavə cavab tədbirləri həyata keçiririk. Biz Rusiyaya qarşı mövcud sanksiyaları daha da sərtləşdirəcəyik, Ukrayna silahlı qüvvələrinə dəstəyimizi qətiyyətlə artıracağıq, həmçinin NATO-nun şərq cinahını gücləndirəcəyik”,- deyə Burbok açıqlamasını yekunlaşdırıb.