Latviya Seymi təcili olaraq 9 mayı bu ildən Ukrayna qurbanlarının xatirəsi Günü kimi elan edən qanun layihəsini təsdiq edib.
Bu tarixin matəm xarakterli olduğunu ilə əlaqədar mayın 8- 9- u bayram tədbirləri, yürüşlər, atəşfəşanlıq qadağan edilir. Yerli hakimiyyət orqanları belə tədbirləri müstəqil surətdə təşkil etmək hüququndan məhrum edilir. Dövlət müəssisələrinin binaları önündə Latviyanın və Ukraynanın dövlət bayraqları matəm libasında asılacaq.
Moderator.az xəbər verir ki, bu barədə Latviyanın “Delfi” portalı məlumat yayıb.
Bu qanun layihəsi bütün dörd koalisiya partiyaları tərəfindən irəli sürülüb.
Qanun layihəsinin izah bölməsində deyilir ki, onun məqsədi “Latviya cəmiyyətinin diqqətini Rusiyanın Ukraynaya qarşı törətdiyi müharibəyə yönəltmək və Ukrayna dövlətinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəsində Ukrayna xalqı ilə həmrəylik ifadə etməkdir”.
Bununla əlaqədar olaraq mayın 9- u Latviyanın bütün ərazisində Ukrayna qurbanlarının xatirəsi Günündə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində əzab çəkən və həlak olan mülki şəxslərin və hərbi qulluqçuların xatirəsi yad ediləcək.
Bu qanun layihəsi Latviyada Qələbə Gününün bayram edilməsi ətrafında yaranan vəziyyətin birmənalı olmadığını əks etdirir.
Bir çox keçmiş sovet respublikaları kimi, bu ölkə iki düşərgəyə bölünüb: biri Rusiyameylli və əsasən “rusdilli” əhalidir, digəri isə “antisovet” və buna uyğun olaraq həm də antiaRusiya düşərgəsidir.
Latviya əhalisinin təxminən dörddə biri “rus əhalisi”ni, yəni təkcə rus dilini bilənlər deyil, Rusiya kökənli və özünü Rusiya mədəniyyətinə bağlı hesab edənlərdir.
Bununla əlaqədar olaraq mayın 9- da Latviyada Qələbə Günündə parad keçirilir, bu da öz növbəsində əks düşərgə tərəfindən müasir gerçəklikdə “rus dünya”sına meyl kimi qəbul edilir.
Latviya Seyminin qərarı haqqında məlumat Kremldə narazılıqla qarşılanıb.
Rusiya prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov bu qərarı “tamamilə utancverici” adlandırıb, bu barədə Rusiyanın “RİA Novosti” dövlət agentliyi məlumat yayıb.
“İnanmaq istərdik ki, tarixi yaxşı xatırlayan, onu dəyərləndirən, bu tarixlə qürur duyan latviyalılar hakim dairələrin belə tamamilə utancverici qərarına rəğmən, bu tarixi öz ürəklərində qoruyub saxlayacaq”, – agentlik Peskovun sözlərindən iqtibas gətirib.
Follow @7timesaz