Maqazin

Məndən üstün oxuyan kim var, deyən müğənniyə nazirlikdən cavab – YENİLƏNİB + VİDEO

Məndən üstün oxuyan kim var, deyən müğənniyə nazirlikdən cavab – YENİLƏNİB + VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Mətanət Əsədovanın Mədəniyyət Nazirliyinə ünvanladığı ittihamlar cavabsız qalmayıb.

Məsələ ilə bağlı nazirlikdən Lent.az-a açıqlama verilib.

Açıqlamada deyilir:

“Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il tarixli 130 nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnaməsinə əsasən mədəniyyətimizin inkişafında xidmətləri olan incəsənət xadimlərinə fəxri adlar yaş həddinə, yaxud uzunillik fəaliyyətə görə deyil, milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında verilir”.

17:24

Müğənni Mətanət Əsədova Mədəniyyət Nazirliyini sərt tənqid edib.

Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, Mədəniyyət Nazirliyi onun fəaliyyətini düzgün qiymətləndirmir:

“Nə sənətimdə, nə də şəxsi həyatımda uğur olub. Düz 34 ildir ki, sənətdəyəm. Neçə mədəniyyət naziri dəyişilib? Onlar haraya baxırlar? Mən Mədəniyyət Nazirliyini tanımalı deyiləm. Onun nəzdində olan müğənniyəm. O məni tanımalıdır. O özü çox gözəl görür. Guya görmür? Bir dənə zəif ifamı göstərsin.

Konserti nəylə verim? Mədəniyyət Nazirliyindən bir nəfər gəlib mənə demədi ki, konsertini təşkil edirəm, bir tək oxumaq sənlikdir. Mənim maddi gücüm çatmır ki, konsert verim. Mənim pulum yoxdur. Bilirsiniz, saraylar konsert üçün nə qədər pul istəyir? Bunu hamı bilir. Konsert salonları ödənişlidir. Səsim, səhnə yaraşığım, zövqüm var. Mən dövlət konsertlərinin heç birində yoxam. Niyə? Kimdir məndən üstün oxuyan? 80 yaşımda dövlət konsertlərində oxuyacam? Neçə gözəl sənətkar kənarda qalmışıq. Nazirliyin bizdən xəbəri var? Mən indi “”Əməkdar”, “Xalq artisti” adları, ”Şöhrət” yox, “İstiqlal” ordeni almalı idim. Mənim yaşım və səhnə təcrübəm də ona əsas verir.

Durub bundan ötrü ölkə rəhbərliyinə məktub yazım? Sizi bu vəzifəyə qoyublar ki, işləyəsiniz, insanlarla maraqlanasınız”.