Dünya

Rusiyada 70 ədəd “Tu-214” təyyarəsi istehsal ediləcək

Rusiyada 70 ədəd “Tu-214” təyyarəsi istehsal ediləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Birləşmiş Təyyarə Korporasiyası (UAC) 2030-cu ilə qədər Rusiyanın PS-90 mühərrikləri ilə təchiz olunmuş 70 ədəd “Tu-214” təyyarəsi istehsal etməyi planlaşdırır.
Bu barədə məlumat verən “Rostek” dövlət korporasiyasından bildirildiyi kimi, bu gün bu təyyarələr artıq Kazanda kiçik seriyalarda istehsal olunur. Kütləvi istehsal olunan PS-90 yerli mühərrikləri sertifikatlaşdırılmaqla yanaşı, həm də yaxşı reputasiyaya malikdir. Yüksək etibarlılığı ilə xarakterizə olunan təyyarə 210 sərnişin qəbul edə bilir və uçuş məsafəsi 6,5 min kilometrə qədərdir ki, bu da ölkə daxilində daşınma üçün ideal hesab olunur.
Yüksək etibarlılığı sayəsində “Tu-214” təyyarəsi “Açıq səma” müqaviləsi çərçivəsində istifadə edilən laynerlər üçün baza modelinə çevrilib.