“O, hamımızı dəfn edəcək, o, Stalindən betərdir”
ABŞ prezidenti hərbi ritorikanı gücləndirir. Çərşənbə günü həmkarlar ittifaqları işçiləri qarşısında etdiyi çıxışında o, Rusiya ilə döyüşməyə hazır olduğunu bildirib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ- ın “Breitbart” nəşri yazıb.
Çərçənbə günü ABŞ prezidenti Co Bayden Rusiya pezidenti Vladimir Putinə qarşı hərbi ritorikanı gərginləşdirməkdə davam edib.
“Ola bulsin ki, bu münaqişə uzun çəksin, lakin ABŞ Ukraynaya və onun xalqına azadlıq uğrunda mübarizəsində dəstəyini əsirgəməyəcək”, – Bayden deyib.
Davam edən münaqişə barəsində prezident Kolymbiya ətrafında, Vaşinqtonda inşaat həmkarlar ittifaqları konfransında çıxışında danışıb və müfəssəl olaraq Ukraynaya hərbi yardım göstərilməsinin üzərində dayanıb.
“Yeri gəlmişkən, döyüşmək lazım gələrsə, uşaqlar, mən sizinlə gedəcəyəm”, – bunu zalın alqışları altında söyləyib.
Prezident Rusiya qoşunları Buçadan çıxandan sonra dinc sakinlərin cəsədlərinin üzə çıxmasından sonra bunu qətiyyətlə və qəzəblı pisləyib.
“Məsul dövlətlər birləşməli və cinayətkarları məsuliyətə cəlb etməlidir”, – o, bəyan edib.
Prezident yeni sanksiyları elan edərək, Putinə daha çox ağrı yaşadacağını vəd edib”.
Bayden onun Ukraynanın müdafiəsinə sadiqliyinə Konqresin şübhə ilə yanaşmasına təəssüf etdiyini bilditib. O, müdafiə naziri Lloyd Ostinin Kapitolidəki nitqindən iqtibas gətirib:
“Sizcə, biz nə etmişik? Lənət şeytana, onlar nədən, prinsipcə, döyüşmək qabiliyyətindədir?- o, Ostinin cavabını səsləndirib. – Biz onlara təlim keçib silah vermişik, bax, bu səbəbə görə”.
Çərşənbə axşamı Bayden bəyan edib ki, Ukraynayz Rusiya ilə bacarmaq üçün əlavə silah tədarükü haqqında sərəncam verib, lakin bu zaman etiraf edib ki, yardımın bir hissəsi gizli olub.
“Biz hər bir hərbi vahid silahı ayrıca reklam edə bilmərik, çünki müttəfiqlərimizin də yardımı bizdən gedir və Ukraynaya hər gün müasir silah və döyüş sursatı daxil olur”, – o, bəyan edib.
Follow @7timesaz