Futbol üzrə Türkiyə Super Liqasını tərk edən ilk klub bəlli olub.
“Report”un məlumatına görə, ölkə çempionatının XXXII turunda evdə “Giresunspor”a 0:1 hesabı ilə uduzan “Yeni Malatyaspor” elita ilə vidalaşıb.
Hazırda 20 xalla sonuncu – 20-ci sırada yer alan Malatya təmsilçisi 16-cı pillədəki “Altay”dan 19 xal geri qalır ki, son 6 turda bu fərqi aradan qaldırmaq qeyri-mümkündür.
Qeyd edək ki, bu mövsüm Türkiyə Super Liqasından I Liqaya 4 komanda düşəcək.
Follow @7timesaz