Rusiyanın Moskva vilayətinin Stupino şəhərində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Oxu24.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin Mətbuat Xidmətindən “RİA Novosti”yə bildirilib.
Məlumata görə, hadisə çoxmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində baş verib. Hadisənin nasazlıq səbəbindən məişət qazı xəttində sızmadan baş verdiyi bildirilib.
Qeyd olunub ki, qəzanın nəticələrinin aradan qaldırmaq üçün hadisə yerinə 59 nəfər, 20 texnika cəlb edilib.