Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canananı rəqqasə Fatimə Fətəliyevanın ad günü məclisindən qovdurub.
Həmin anın görüntülərini “Dünya TV” lentə alıb.
Videoda M.İsgəndərlinin Canananı görən zaman əsəbiləşməsi, Fatiməyə onu qovmasını deməsi yer alıb. Rəqqasə isə ətrafdakılara cangüdən çağırıb, Canananı məclisdən çıxarmasını tapşırıb.
Qeyd edək ki, Canana M.İsgəndərlinin oğlu Kərimlə ötən il rəsmi boşanıb. Üç uşaq əvvəlcə ataya verilsə də, apellyasiya məhkəməsi uşaqları anaya qaytarıb. Hazırda isə Kərim Ali Məhkəməyə müraciət edib.
Follow @7timesaz