İdman

Güləş millimizin baş məşqçi əvəzi: “İlham Əliyev hər gün gəlib məşqlərimizə baxırdı”

Güləş millimizin baş məşqçi əvəzi: “İlham Əliyev hər gün gəlib məşqlərimizə baxırdı”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidentlərinin idmana qayğısı hələ Heydər Əliyevin dönəmindən var. Mən onun vaxtında sərbəst güləş yığmasının baş məşqçisi kimi ev və fərmanla təltif olunmuşam. Bu ənənə indi onun oğlu İlham Əliyev tərəfindən davam etdirilir”.

Bunu Oxu.Az-a qadın güləşi üzrə millimizin baş məşqçisi əvəzi Rövşən Umudov deyib.

Aprelin 8-də ölkə başçısı İlham Əliyev Avropa çempionu olmuş güləş millilərini qəbul edib. Qəbulda iştirak edənlər arasında qadın millimizin nümayəndələri də olub. R.Umudov artıq neçənci dəfədir ki, Respublika Prezidenti ilə görüşdüyünü vurğulayıb:

“Ölkə Prezidenti ilə çox görüşümüz olub. 2000-ci ildə də Sidney Olimpiadasına komandanı baş məşqçi kimi aparmışam. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti kimi hər gün gəlib məşqlərimizə baxırdı. Daha sonra nəticə verdiyimiz üçün ölkə Prezidenti ilə görüşdə iştirak etmişəm. 2004-cü ildə də İlham Əliyev mənə ev və orden verib”.

Rövşən Umudov bildirib ki, Prezidentlə görüş idmançılar üçün yüksək nəticələr qazanmağa stimul verir:

“Prezidentlə görüş idmançılar üçün hər cür pul mükafatları və ya adlardan üstündür. Onunla görüşdən sonra idmançılarda elə xoş hiss formalaşır ki, istəyir yenidən belə görüş olsun. İdmançılar bu görüşün olması üçün nəticələrini təkrarlamağa çalışırlar. Hər bir idmançının röyasıdır ki, onunla görüşsün. Şəxsən mənə onunla görüş stimul verir.

O görüşdə Avropa çempionu olmuş sərbəst və yunan-Roma güləş millilərimizin tam heyətlə çıxış etməsinə baxmayaraq, finala çıxmış qadın millimizin üzvü Elis Manolova və mən də ora dəvət olunmuşduq. Bu onu göstərir ki, ölkə başçısı heç bir idmançının nəticəsini diqqətdən kənarda qoymur”.