Səhər saat təxminən 06:30-da yaşlı sərnişin “Əhmədli” metrostansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib.
Bu barədə Oxu24.com-a “Bakı Metropolteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O, qeyd edib ki, Bakı sakini, 1955-ci il təvəllüdlü Zülfəli Kazımov ürək tutmasından vəfat edib.
Hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya həkim çağırılıb.
Follow @7timesaz