Dünya

II Elizabet koronavirusa yoluxduğu dövrdə özünü necə hiss etməsindən danışıb – VİDEO

II Elizabet koronavirusa yoluxduğu dövrdə özünü necə hiss etməsindən danışıb – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevral ayında COVID-19-dan əziyyət çəkən Böyük Britaniya Kraliçası II Elizabet xəstəlik dövründə özünü necə hiss etməsindən danışıb.

Belə ki, London Kral Xəstəxanasının yeni şöbəsinin təntənəli açılışı zamanı xəstələrdən biri ilə söhbətində o, koronavirusa yoluxduğu zaman keçirdiyi hisslərdən söz açıb.

“Virusa görə özünüzü çox yorğun və tükənmiş hiss edirsiniz, deyilmi?” – deyə 95 yaşlı kraliça pasiyentdən soruşub.

Bundan sonra isə II Elizabet bu pandemiyanın çox dəhşətli olduğunu vurğulayıb.Xatırladaq ki, fevralın 20-də kraliça koronavirusa yoluxub və yüngül keçirdiyi üçün Vindzor qəsrində özünü təcrid edib.