Maqazin

Müharibəyə görə Rusiyadan İsrailə qaçan məşhurlar

Müharibəyə görə Rusiyadan İsrailə qaçan məşhurlarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər rusların əksəriyyəti Ukraynadakı müharibəyə susur və ya açıq şəkildə dəstəkləyirsə, paralel olaraq müharibəni dayandırmağa çağıranlar da var. Müharibəyə yox deyən sənətçilərin xaricə getdiyi, hətta mövcud hakimiyyətdən qorxub qaçdığı iddia olunur.

Kult.az Rusiya-Ukrayna müharibəsi başlayandan ölkəni tərk edən rusiyalı ulduzları təqdim edir.

Maksim Qalkin və Alla Puqaçova

Maksim Qalkin müharibənin ilk günündən Rusiya hakimiyyətini pisləyib və Ukraynada müharibənin dayandırılmasını istəyib. Puqaçovanın özü hələlik bu barədə açıqlama verməyib. Lakin uşaqlarını götürüb İsrailə gedib.

Djiqan

Əslən Odessadan olan rusiyalı reper Djiqanın da İsrailə tətilə getdiyi iddia edilir. Şəbəkədə bildirirlər ki, Vaynşteyn soyadlı sənətçi açıq-aydın İsraildə sığınacaq axtarır. Qeyd edək ki, Djiqan Vaynşteyn Ukraynadakı müharibə haqqında susub.

İvan Urqant

Əgər əvvəllər Rusiyada heç bir konsert İvan Urqantsız keçə bilməzdisə, indi o, hər bir işdən məhrum edilib. Əvvəla, onun “Urqantla Axşam” şousu bağlandı və hamısı ona görə ki, fevralın 24-də müharibə əleyhinə yazı yazmışdı. Urqantın “Qorxu və ağrı. Müharibəyə yox” sözlərindən sonra o, Rusiyanı tərk edərək qeyri-müəyyən müddətə İsrailə köçməli olub.