Ölkə

SON DƏQİQƏ! DİN dəhşətli hadisə ilə bağlı açıqlama yaydı: Ölən var

SON DƏQİQƏ! DİN dəhşətli hadisə ilə bağlı açıqlama yaydı: Ölən varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) Masallıda əmisi qızını öldürən şəxslə bağlı məlumat yayıb.

DİN-in (DİN) Mətbuat Xidmətindən 7Times.az-a daxil olan məlumatda deyilir:

“2015-ci ilin iyulun 6-da Masallı rayonunun Təklə kənd sakini Səidə Cəfərovanın itkin düşməsi barədə daxil olan məlumatla əlaqədar 2019-cu il iyunun 11-də Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə cinayət işi başlanılılıb.

Araşdırmalarla Təklə kənd sakini Əfrail Məmmədovun 2015-ci il iyulun 5-də kənd ərazisində əmisi qızı S.Cəfərovanı bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə başlanılan cinayət işi Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsinə tövsif edilib”.