Türkiyə Ali Məhkəməsi prezident Rəcəb Tayyib Ərdoğanın müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna qarşı iddialarını təmin edib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Kılıçdaroğlu Ərdoğana 165 min lirə (təxminən 11 min 300 dollar) təzminat ödəyəcək.
Qərar Ərdoğanın daha əvvəl Kılıçdaroğluna qarşı qaldırdığı mənəvi ziyana görə təzminat tələbi ilə açdığı 4 iddia üzrə qəbul edilib. Prezidentin vəkili Hüseyn Aydın qeyd edib ki, məhkəmə müxalifətçinin bəzi açıqlamalarını söz azadlığı normalarından kənara çıxarıb, bəzi ifadələr isə Ərdoğana qarşı şəxsi hücum xarakteri daşıyır.