Dünya

Polşa prezidenti Rusiya ilə dialoqa qarşı çıxıb

Polşa prezidenti Rusiya ilə dialoqa qarşı çıxıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa prezidenti Anjey Duda Rusiya ilə dialoqa qarşı çıxıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Biz başa düşmək və qəbul etmək mümkün olmayan bir mənzərə gördük, dağıdılmış yaşayış massivləri, sadə insanların evlərini bombaladılar. Mən Ukrayna Prezident Volodimir Zelenskiyə və digər prezidentlərə dedim ki, bu müharibə deyil, terrordur. Əgər kimsə təyyarələri, əsgərləri yaşayış məntəqələrini bombalamağa, dinc insanları öldürməyə istiqamətləndirirsə, deməli bu, müharibə deyil, qəddarlıq, quldurluq, terrordur”, – deyə o, qeyd edib.

Qeyd edək ki, Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Eqils Levits, Polşa Prezidenti Andjey Duda və Estoniya Prezidenti Alar Karis Ukraynanın paytaxtı Kiyevdə səfərdədirlər.