Dünya

Azərbaycanlı biznesmen İsrail vətəndaşlığı aldı

Azərbaycanlı biznesmen İsrail vətəndaşlığı aldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yaşayan əslən azərbaycanlı biznesmen, “Kiyevskaya ploşad” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Qod Nisanov İsrail vətəndaşlığı alıb.

Lent.az xəbər verir ki, bu barədə “Brief”  telegram” kanalı xəbər yayıb.

Əslən Quba rayonunun Qırmızı qəsəbəsindən olan iş adamı Rusiyada həm də lobbiçilik fəaliyyəti ilə məşğul olub, Azərbaycan diasporunun fəal nümayəndələrindən biridir. O, bu uğurlu fəaliyyətinə görə prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı, “Dostluq” və “3-cü dərəcəli Vətənə xidmət” ordenləri ilə təltif edilib.Bu ilin yanvar ayında Nisanov 10-cu dəfə “Forbes”un “Rusiya daşınmaz əmlakının kralları” reytinqinin liderlərindən olub.