Dünya

Şimali Koreya hücuma keçdi – Qonşu ölkənin obyektlərini dağıtdı

Şimali Koreya hücuma keçdi – Qonşu ölkənin obyektlərini dağıtdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın Kumqanq dağında Cənubi Koreya şirkəti tərəfindən tikilmiş qolf meydançasını və bəzi kurort obyektlərini dağıtdığı bildirilib.

Bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyi məlumat yayıb.

“Məlumat əldə etmişik ki, Şimal qolf meydançasını və kurort obyektlərini dağıdıb”, – açıqlamada qeyd edilib.

O, rəsmi Pxenyanı baş verənləri izah etməyə və həll yolu tapmaq üçün sərhədyanı danışıqlar çağırışına tez cavab verməyə çağırıb.

Peyk fotolarından da məlum olub ki, Şimali Koreya Kumqanq dağındakı bir oteli, həmçinin yaxınlıqdakı qolf meydançasını və bir sıra kurort obyektlərini söküb.

Qeyd edilib ki, dağıdılan obyektlər Cənubi Koreyanın “Hyundai Asan” şirkəti tərəfindən tikilib və texniki cəhətdən cənuba məxsusdur. /Teleqraf.com/