“Orada insanları diri- diri yandırır, məhkəməsiz və istintaqsız edam edirlər…”

“Orada insanları diri- diri yandırır, məhkəməsiz və istintaqsız edam edirlər…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ukrayna hadisələrinə diqqət vacibdir, çünki bütün dünyaya təsir edir, amma…”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Ukraynadakı hadisələrə görə təlaşı irqi- ayrıseçkilik adlandırıb.
Moderator.az xəbər verir ki, bu barədə “Breitbart” nəşri yazıb.
ÜST-nin direktorunun fikrinə görə, mətbuat Ukrayna münaqişəsinə Yəməndən, Əfqanıstandan və Suriyadan ölçüyəgəlməz qədər çox diqqət ayırır.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adxan Hebreyyesus Ukraynadakı hadisələrə çox böyük diqqət yetirilməsini pisləyərək, buna görə ağrı keçirdiyini bəyan edib.
Jenevrədə ÜST- nin mənzil- qərərgahında çıxışında baş direktor dünya birliyindən “qaradərili və ağdərili insanların həyatına bərabər” diqqət yetirilməsini və onun üçün doğma olan Efiopiyada, Yəməndə, Əfqanıstanda və Suriyadakı münaqişələrə də eyni cür münasibət sərgiləməsini tələb edib.
“Mən inanmıram ki, dünya qaradərili və ağdərili insanların həyatına həqiqətən bərabər maraq göstərir, – o, deyib. – Mən bu barədə ötən həftə demişəm: bəli, Ukraynaya göstərilən diqqət vacibdir, çünki bu hadisələr bütün düyaya təsir edir. Lakin bu diqqətin heç kiçik bir hissəsi də Tıqraya,Yəmənə, Əfqanıstana, Suriyaya və başqa yerlərə göstərilmir”.
Ötən ay Tedros belə bir bəyanatla çıxış edib:
“Dünyanın heç bir yerində  Efiopiyanın Tıqray regionunda olan qədər sağlamlığa təhlükə yoxdur”.
O, həmçinin mətbuatı Efiopiyada davam edən vəhşiliklər haqqında faktları topmaq qabiliyyətinin olmamasında suçlayıb və qeyd edib ki, orada insanları diri- diri yandırır, məhkəməsiz və istintaqsız edamlar həyata keçirirlər. “Mən hətta bilmirəm ki, bunları kütləvi informasiya vasitələri nə dərəcədə ciddi qəbul edir”, – Tedros deyib.
“Mən açıq və dürüst deməliyəm: dünya insan irqinin müxtəlif nümayəndələrinə eyni yanaşma sərgiləmir. Bəzi insanlar başqalarından daha bərabərhüquqludur. Mən bu barədə ürək ağrısı ilə danışıram. Çünki mən bunu görürəm”.