Dünya

Almaniyanın hərbi büdcəsi 2 milyard avro artırılacaq

Almaniyanın hərbi büdcəsi 2 milyard avro artırılacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya hökuməti ölkənin hərbi büdcəsini 2 milyard avro artırmağı planlaşdırır.

“Unikal” xəbər verir ki, bunu maliyyə naziri Kristian Lindner öz “Twitter” səhifəsində təsdiqləyib.

“Mediada yayılan xəbərlər doğrudur: əlavə büdcədə silahlı qüvvələrin gücləndirilməsinə yardım üçün vəsait 2 milyard avroya qədər artırılıb. Vəsaitin böyük hissəsi Ukraynaya dəstək üçün xərclənəcək. Kansler [Almaniya kansleri Olaf Şolts – red.] bunu çoxdan tələb edirdi”, – K.Lindner qeyd edib.

Daha əvvəl “Reuters” agentliyi Almaniya hökumətindəki mənbəyə istinadən xəbər vermişdi ki, O. Şolts ölkənin hərbi büdcəsini 2 milyard avro artırmağı planlaşdırır.