Futbol üzrə Xorvatiya çempionatında 31-ci turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb. Komanda doğma meydanda “İstra”nı qəbul edib. Futbolçumuzun komandası oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.
M.Emreli də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.
“Dinamo”nun üçüncü qolunu da məhz M.Emreli vurub. O, 50-ci dəqiqədə rəqib qapısına yol tapmaqla matçda yekun nəticəni müəyyənləşdirib.
Bu, azərbaycanlı futbolçunun Xorvatiya klubunda ikinci qoludur.
Bu nəticədən sonra xalını 66-ya çatdıran “Dinamo” turnir cədvəlinin vahid liderdir.
Follow @7timesaz