Sfera.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Müəyyən edilir ki, İşçi qrupunda çalışan rəhbər və digər işçilərə iş stajına, xüsusi lazımlı işlərin yerinə yetirilməsinə görə əlavələr, maddi yardım və mükafatlar “Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş qaydada ödənilir;
Maliyyə Nazirliyi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun saxlanılması ilə bağlı xərclərin cari il üçün maliyyələşdirilməsini və hər il üçün tərtib edilən dövlət büdcəsində nəzərdə tutulması ilə bağlı tədbirlər görülməsini təmin etməlidir.
Follow @7timesaz