İdman

Maradonanın ölümünə görə 8 nəfəri 25 il həbs gözləyir

Maradonanın ölümünə görə 8 nəfəri 25 il həbs gözləyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina Prokurorluğu 2020-ci ildə dünyasını dəyişən futbol əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı aparılan istintaqda nöqsanların aşkar edildiyini açıqlayıb.

7Times.az  bunu xarici mətbuata istinadən xəbər verir.

Maradonanın ölümündə şəxsi həkim Leopoldo Lyuk, psixiatr Aqustina Kosaçov, fizioteropevt, tibbi koordinator və 3 tibb bacısı məsuliyyət daşıyır. 8 nəfərlik qrup üçün “adam öldürməyə cəhd” maddəsinə görə 25 il həbs cəzası istənilsə də, məsul olan qrup ittihamları rədd edib.

Xatırladaq ki, futbolda dünyanın ən yaxşıları arasında göstərilən argentinalı futbolçu beyin əməliyyatından bir neçə həftə sonra 25 noyabr 2020-ci ildə Buenos-Ayresdəki şəxsi iqamətgahında vəfat edib.

Publika.az