Dünya

Trampın “TikTok”dan sonrakı hədəfi “Alibaba” olacaq

Trampın “TikTok”dan sonrakı hədəfi “Alibaba” olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ prezidenti Donald Tramp ölkədə fəaliyyət göstərən Çin mənşəli texnologiya şirkətləri və sosial şəbəkə platformalarına təzyiqlərini davam etdirəcəyini bildirib.
7times.az xəbər verir ki, Birləşmiş Ştatlar prezidentinin hədəfinə “TikTok”dan sonra texnonəhəng “Alibaba” onlayn alış-veriş saytı tuş gələ bilər.
Jurnalistlərin Çinin ABŞ-da fəaliyyət göstərən konkret şirkətlərinə qarşı hansısa addımların atılıb-atılmayacağı ilə bağlı sualına cavab verən Tramp “Bəli, biz başqa işləri də düşünürük”,-deyə bildirib.
Xatırladaq ki, bundan öncə Ağ Ev rəhbəri Çinə məxsus “ByteDance” (“TikTok”un sahibi) şirkətinin “musical.ly” musiqi servisini almasını qadağan edən, habelə bəhs olunan şirkətin 90 gün ərzində “TikTok” şəbəkəsinin işi ilə əlaqədar ABŞ-dakı bütün aktivlərindən imtina etməsini nəzərədə tutan, həmin onlayn şəbəkəyə abunə olan istifadəçilərin şəxsi məlumatlarının Birləşmiş Ştatlara verilməsini tələb edən fərman imzalayıb.
“Əlimdəki etibarlı məlumatlara əsasən deyə bilərəm ki, “ByteDance Ltd.” şirkətinin “musical.ly” servisini alması ABŞ-ın milli təhlükəsizliyinə təhdid törədəcək”,-deyə prezident Tramp belə bir sənədi imzalamasının səbəbini izah edib.
Fərmanda “ByteDance” şirkətinin aktivləri və fəaliyyəti barədə Xarici investisiyalar üzrə komitəyə (CFIUS) qarşısında tam hesabat verməli olduğu göstərilib.
Musavat.com