ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna və Rusiyanı danışıqlar masasına oturmağa və kompromis tapmağa çağırıb.
7Times.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
“Rusiya və Ukraynanın oturub hansısa razılaşma əldə etməməsi məntiqli deyil. Əgər onlar bunu tezliklə etməsələr, ölüm, dağıntı və qırğından başqa heç nə qalmayacaq”, – deyə Tramp bildirib.
Onun fikrincə, Rusiyanın “xüsusi əməliyyatı” heç vaxt baş verməməli olan müharibədir.
ABŞ-ın keçmiş rəhbəri hesab edir ki, münaqişədən çıxış yolu “hamı öləndən əvvəl” tapılmalıdır.
Follow @7timesaz