ABŞ-ın şimal-şərqindəki bir çox ştatda 300 min insan işıqsız qalıb.
Sfera.az bildirir ki, buna səbəb güclü qar fırtınası olub. Milli Meteoroloji Xidmət saatda 64 kilometr sürətə çatan tufan və güclü sulu qarın ağac budaqlarını qıraraq təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib. Nyu York rəsmiləri tərəfindən edilən açıqlamada insanların mümkün qədər yollardan uzaq durmalı olduğu bildirilib.
Nyu-York ştatının Binghamton şəhərində isə qar qalınlığı 38,6 santimetrə çatıb və bu, aprel ayının rekordu kimi qeydə alınıb. Virgil şəhərində ölçülən qar 45 santimetrlə proqnozlaşdırılan ən yüksək qalınlığa çatıb. Pensilvaniyada isə güclü qar yağması səbəbindən çoxlu yol qəzaları baş verib.
Follow @7timesaz