Ramazandan sonra səhnəyə çıxmağa hazırlaşan türkiyəli müğənnilərin qazanacağı pul dodaq uçuqladıb.
Sfera.az-ın məlumatına görə, Türkiyənin ən çox qazanan qadın solistləri Ebru Gündeş və Sibel Canın yay planının hazır olduğu bildirilib. İki məşhur müğənni mövsümdə Antalyadakı otellərdən birində konsert vermək üçün razılaşıblar.
Sibel Can mayın 3-də başlayacaq konsertlər silsiləsini iyun, iyul və avqust aylarında davam etdirəcək, 23 sentyabrda da daha bir konserti baş tutacaq.
Ebru Gündeş isə iyulun 1-də konsert marafonuna başlayacaq. İyul, avqust və sentyabrın müəyyən günlərində oteldə çıxışı planlaşdırılan Gündeş sentyabrın 16-da son səhnəsini nümayiş etdirəcək.İddiaya görə, Sibel Can cəmi 10, Ebru Gündeş isə 8 konsertə görə 10 milyon lirə alacaqlar. Yəni Sibel Can tək konsertindən 1 milyon, Gündeş isə 1 milyon 250 min lirə qazanacaq.
Follow @7timesaz