Təhlükəsizlik kamerasından malikanəsinə gələn rus qüvvələrini görən iş adamı Andrey Stavnitser evinin koordinatlarını verərək rus qüvvələrinin ağır itkilərə məruz qalmasına şərait yaradıb.
“Ölkə.Az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ukraynalı milyonçu təhlükəsizlik kamerası görüntülərində Rusiya qüvvələrinin içəri girdiyini görüb və malikanəsinin bombalanmasını istədiyini bildirdikdən sonra evinin koordinatlarını Rusiya ordusu ilə bölüşüb.
“Good Morning Britain”ə müsahibəsində TransInvestService-in baş direktoru Andrey Stavnitser rus əsgərlərinin onun yeni tikilmiş malikanəsini necə zəbt etməsindən danışıb.
Stavnitser bildirib ki, Rusiya qüvvələri martın 5-də əraziyə daxil olub, malikanəsinin təhlükəsizlik işçilərini girov götürüb və dindiriblər. Stavnitser əlavə edib ki, əsgərlər sonda onları azad ediblər, lakin meşəlik ərazidə çılpaq qoyublar:
“Onlar evin içindəki kameraların çoxunu məhv etdilər, lakin hələ də zaman-zaman elektrik açıq vəziyyətdə işləyən kiçik bir həvəskar veb-kamera var idi. Mən əsasən onların başqa evləri qarət etdiklərini və başqa evlərdən əşyaları evimə gətirdiklərini gördüm. Televizorlar və iPad-lər, kompüterlər və başqa avadanlıqlar. Onlar şəxsi əşyalarımı yük maşınlarına yükləyirdilər. Mənim evimdən əsasən Kiyevə atəş açırdılar”.
Evinin bombalanmasına necə qərar verdiyini soruşduqda Stavnitser, “İki ay əvvəl məndən evimdə bir neçə düşmən əsgəri olsaydı, necə hiss edəcəyimi soruşsaydınız, qəzəblənərdim. Amma bunu görüb hiss edəndə təəccübləndim. Evimin içində gəzən kişilərə baxanda iyrəndim, özümü çirkli hiss etdim və bu qərarı verdim”.
Stavnitser hücumdan sonra mülkündəki dağıdılmış avtomobilləri və digər avadanlıqları əks etdirən şəkillər şəxsi səhifəsində yerləşdirib.
Follow @7timesaz