Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
7times.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, sentyabrın 30-da 25 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 9 şagird və 8 işçidə koronavirus aşkarlanıb.
Distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 3 olub.
Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 22 olub.
Follow @7timesaz